Bank Of Baku

2015-ci ilin iyununadək Azərbaycandan Gürcüstana 580 810 nəfər gəlib

2015-ci ilin iyununadək Azərbaycandan Gürcüstana 580 810 nəfər gəlib
# 04 iyul 2015 18:07 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyinin dövlət sərhəddini keçən xarici vətəndaşların statistika məlumatında bildirilib. DİN-nin məlumatında qeyd olunub ki, ilin əvvəlindən ölkəyə gələn ziyarətçilərin sayı 2,5 milyon nəfər olub.

 

Siyahıya görə, yanvar-iyun aylarında Türkiyədən gələn ziyarətçilərin sayı 605 153 nəfər olub. Siyahıda ikinci yeri Azərbaycan tutur. İlin əvvəlindən iyina kimi Azərbaycandan Gürcüstana 580 810 min nəfər gəlib və bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çoxluq təşkil edib. Bu dövrdə Gürcüstana gələn Ermənistan vətəndaşlarının sayı 543 810 min nəfər olub. Bu, keçən il ilə müqayisədə 11,7% çoxdur. Rusiyadan gələnlərin sayı isə 342 416 min nəfəri təşkil edib. Bu, keçən ilki məlumatla müqayisədə 14,7% çoxdur. Ukrayna vətəndaşları isə 55 271 nəfəri təşkil edib. Bu isə keçən ilki rəqəmlə müqayisədə 10,5% azdır.

Avropa İttifaqından Gürcüstana səfərə gələnlərin sayı 95 741 nəfəri təşkil edib, bu da keçən ilin analoji dövrünə nisbətən 6,1% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR