Bank Of Baku

33 yaşlı azərbaycanlı Gürcüstanda icra başçısının müavini təyin edilib - FOTO

33 yaşlı azərbaycanlı Gürcüstanda icra başçısının müavini təyin edilib - <span style="color: red;">FOTO
# 14 avqust 2013 19:03 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. 33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli rayon icra hakimiyyəti başçısının müavini təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli rayon polis idarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib.

 

R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb. Ailəlidir, bir övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR