Bank Of Baku

“Altılıq” və İran arasında danışıqlar daha bir həftə uzana bilər

“Altılıq” və İran arasında danışıqlar daha bir həftə uzana bilər
# 07 iyul 2015 22:30 (UTC +04:00)

Bakı-APA.  “Altılıq” və İran arasında Tehranın nüvə proqramına dair danışıqlar daha bir həftə  uzana bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran nümayəndə heyətinin tərkibindəki yüksək vəzifəli mənbə bildirib.   

 

“Mən belə bir var variantın olacağını düşünürəm. Sazişin imzalanması, çox güman ki, bazar ertəsi baş tutacaq, lakin, proses bu tarixdən iki gün sonrayadək də uzana bilər”, deyə o bildirib.  

 

Qeyd edək ki, Aİ diplomatiyasının rəhbəri Federika Moqerini də bundan əvvəl qalan məsələləri həll etmək üçün tərəflərə “bir neçə saat və ya gün” lazım olduğunu qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR