Bakı. Faiq Mahmudov - APA. Gürcüstan Tbilisidən 20 kilometr aralıda yerləşən hərbi bazada NATO ölkələri birgə təlimlər keçirir.
APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, təlimlərdə Gürcüstanla yanaşı, ABŞ, Latviya, Litva, Rumıniya və Bolqarıstan da iştirak edir.
İyulun 7-də başlayan təlimlərin 2 həftə davam edəcəyi bildirilir.
Qeyd edək ki, bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Şərqi Avropadakı fəallığından narahatlığını bildirmişdi.