Bank Of Baku

NATO Əfqanıstanda missiyasının müddətini daha bir il uzadıb

NATO Əfqanıstanda missiyasının müddətini daha bir il uzadıb
# 09 iyul 2016 12:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

 

Baş katib deyib ki, Varşava sammitində “Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək.

 

Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər - 12 min əsgər saxlayacağını açıqlayıb.

 

Y. Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək.

 

Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR