Bank Of Baku

Almaniya XİN rəhbəri: “Avropa ölkələri Böyük Britaniyadan qisas almamalıdır”

Almaniya XİN rəhbəri: “Avropa ölkələri Böyük Britaniyadan qisas almamalıdır”
# 24 iyun 2016 21:52 (UTC +04:00)

Bakı-APA. Məlum referendumdan sonra Avropa ölkələri Böyük Britaniyadan qisas almamalıdır.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.

 

“Avropa ölkələri Böyük Britaniyadan necə qisas almağı düşünməməlidir. İttifaqda qalan 27 ölkə diqqətlərini təhlükəsizlik, miqrasiya, iqtisadi artım və gənclər arasında işsizliklə mübarizəyə yönəltməlidirlər”, deyə F-V.Ştaynmayer bildirib.

 

Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR