Bank Of Baku

Almaniyada naməlum şəxs insanları girov götürüb

Almaniyada naməlum şəxs insanları girov götürüb
# 19 avqust 2013 14:22 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Almaniyanın cənubunda yerləşən İnqolştadt şəhərində naməlum şəxs bələdiyyə binasında insanları girov götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, həmin şəxs silahlıdır, lakin konkret tələblər irəli sürməyib. Polis binanı mühasirəyə alıb. Girovların sayı 3 nəfərdir, onların arasında şəhərin üçüncü burqomistri də var.

 

Qeyd edək ki, günün ikinci yarısında Almaniya kansleri Angela Merkel İnqolştadta seçkiqabağı tədbirdə iştirak etməli idi. Polisin məlumatına görə, insanların girova götürülməsi onun səfəri ilə bağlı deyil. Bununla belə, A. Merkel öz səfərini təxirə salıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR