Bakı-APA. Almaniyada qasırğa nəticəsində uşaq düşərgəsində olan 27 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda “Focus” jurnalının saytı xəbər yayıb. Xəstəxanalara yerləşdirilən 27 nəfərdən 16 nəfər uşaqdır.
Təbiət hadisəsi baş verərkən uşaq düşərgəsində 100 nəfər olub. Yaralılardan 5 nəfərin vəziyyəti ağırdır.