Bakı-APA. Almaniyanın qərbində ABŞ istehsalı olan “Payper” kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hadisə Fröndenberq şəhəri yaxınlığında (Şimali Reyn-Vestfaliya federal torpağı) baş verib.
Məlumata görə, təyyarədə ümumilikdə 8 nəfər olub. Ölənlərdən biri uşaqdır, daha 3 uşağın ağır xəsarətlər alaraq xəstəxanaya aparıldığı bildirilir.
Onların vəziyyəti barədə xəbər verilmir. Qəzanın səbəbləri açıqlanmır.
Bir müddət əvvəl Almaniyanın qərbində iki nəfərin ölümü ilə nəticələnən daha bir təyyarə qəzası baş verib.