Bank Of Baku

Ankarada Azərbaycan Evinin açılışı olub - FOTOSESSİYA

Ankarada Azərbaycan Evinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyul 2015 10:01 (UTC +04:00)

Bakı - APA. Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində iyulu 3-də Azərbaycan Gecəsi təşkil olunub.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə 6-cı Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə ölkəmizə xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olub.

 

Açılışı Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Orxan Atalay həyata keçiriblər.

 

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

 

Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Akın, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, səfir Faiq Bağırov və AKP millət vəkili Orxan Atalay öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər. Daha sonra natiqlər həyata keçirdikləri qısa nitqlərin ardından qarşılıqlı olaraq xatirə plaketləri təqdim ediblər.

       

Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR