APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, etirazçılar qərargah yerləşdiyi binanı daş-qalaq edərək, ofisin şüşələrini qırıb.
Polis insidenti şərh etmir. Agentlik basqını son PKK terrorçularının törətdikləri qanlı hücumlarla əlaqələndirir.
Xatırladaq ki, sentyabrın 6-da terrorçuların Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasına törətdiyi partlayış nəticəsində16 əsgər, sentyabrın 8-də isə Naxçıvanla sərhəd yaxınlığında hücum nəticəsində 14 polis şəhid olub.