Bakı-APA. Antalyada meşə yanğınları ilə əlaqədar turistlər evakuasiya edilir.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, təxliyə tədbirləri qədim Olimpos şəhərində və yaxınlıqdakı hotel və istirahət zonalarında həyata keçirilir.
Son günlər Antalyada havanın temperaturu müsbət 40-42 dərəcəyə çatıb. Hava küləkli olduğundan bölgədə meşələrdə əmələ gələn yanğın istirahət mərkəzlərinin ərazisinə yaxınlaşıb.