Bank Of Baku

Avropa Birliyi Əfqanıstana yeni xüsusi nümayəndə təyin edib

Avropa Birliyi Əfqanıstana yeni xüsusi nümayəndə təyin edib
# 22 iyul 2013 13:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Avropa Birliyi Əfqanıstana yeni xüsusi nümayəndə təyin edib. APA-nın AB-nin saytına istinadən verdiyi məlumata görə, bu qərar Brüsseldə keçirilən Nazirlər Şurasında qəbul olunub. Məlumata əsasən, Franz-Mikael Skyold Melbin bu ilin sentyabrın 1-dən öz səlahiyyətlərini icra etməyə başlayacaq. Onun bu vəzifədə əsas məqsədi AB-nin Əfqanıstanla bağlı siyasətinin hədəflərinə çatması istiqamətində səylərini artırmaq olacaq. Danimarkalı diplomat eyni zamanda AB-nin Kabildəki nümayəndə heyətinin başçısı olacaq. Bundan əvvəl o Danimarkanın Əfqanıstan və Pakistanda xüsusi nümayəndə vəzifəsini icra edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR