Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqı xarici işlər nazirlərinin 4-5 sentyabrda Lüksemburqda keçiriləcək qeyri-rəsmi görüşündə Belarusa qarşı tətbiq edilmiş sanksiyaların dayandırılması imkanları nəzərdən keçiriləcək.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı institutlarındakı mənbədən məlumat daxil olub. “Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən müxalifət rəhbərlərinin əfvi və azadlığa buraxılması sanksiyaların dayandırılması üçün şərait yaradır. Bu məsələ 4-5 sentyabr tarixlərində müzakirə olunacaq”, - deyə diplomatik mənbədən bildirilib.
Xatırladaq ki, A. Lukaşenko avqustun 22-də prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də daxil olmaqla, 6 siyasi məhbusu əfv edib.