Bakı - APA. Sentyabr ayının 1-dən etibarən Avropa İttifaqı ərazisindəki hava limanlarında təhlükəsizlik tədbirlərinin təşkili ilə əlaqədar yeni qaydalar qüvvəyə minir.
APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya DİN-dən bildirilib.
Yeni qaydalar terrorizmlə mübarizə istiqamətində atılan addımlardan biridir.
Qaydalara əsasən, sərnişinlər, o cümlədən onların əl yükü xüsusi cihazlarla yoxlanacaq. Nəzarət tədbirləri təkmilləşdirilmiş texniki standartlara əsasən aparılacaq.
DİN-dən bildirilib ki, yeni qaydaların tətbiqi sərnişinlərin bir qədər yubanmasına səbəb ola bilər.