Bank Of Baku

ABŞ-ın F-22 “Raptor” qırıcıları Avropaya gətirilib

ABŞ-ın F-22 “Raptor” qırıcıları Avropaya gətirilib
# 29 avqust 2015 02:36 (UTC +04:00)

Bakı-APA. Almaniyanın qərbində yerləşən “Şpanqdalem” hərbi bazasına ilk dəfə olaraq ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-22 “Raptor” qırıcıları gətirilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hərbi təyyarələrlə birgə Almaniyaya ABŞ Hərbi-Hava Qüvvələrinin 60 hərbçisi də gəlib.

 

Məlumata əsasən, hərbi təyyarələr təlim və NATO-ya üzv ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə göndərilib.

 

Bundan əvvəl ABŞ Hərbi-Hava Qüvvələri naziri Debora Li Ceyms bəyan etmişdi ki, Rusiyadan gələn təhlükəni nəzərə alaraq ABŞ Avropada beşinci nəsil F-22 “Raptor” qırıcı təyyarələri yerləşdirməyi planlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR