Bank Of Baku

Avstraliyada iki sərnişin təyyarəsi toqquşub

Avstraliyada iki sərnişin təyyarəsi toqquşub
# 10 avqust 2013 15:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Avstraliyanın Melburn şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub. APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, “Virgin Australia” Aviaşirkətinə məxsus və uçuşa hazırlaşan “Boeing 737” markalı təyyarə hava limanına enən və dayanacağa hərəkət edən “Jetstar”-ın Airbus A320 təyyarəsi ilə toqquşub. Qəza nəticəsində hər iki təyyarəyə 3 milyon dollar məbləğində ziyan dəyib. Sərnişin arasında ölən və ya xəsarət alan yoxdur. Şahidlərin sözlərinə görə, toqquşma “Boeing 737” təyyarənin pilotların və xidmət personalın günahı ucbatından baş verib. Hava limanı öz işini normal rejimində davam etdirsə də, uçuşları üçün nəzərdə tutulan iki çıxışı müvəqqəti olaraq bağlanılıb, istintaq gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR