Bank Of Baku

Bakı-Tbilisi aviareysi təxirə salınıb

Bakı-Tbilisi aviareysi təxirə salınıb
# 07 yanvar 2018 21:43 (UTC +04:00)

Bakı-Tbilisi aviareysi təxirə salınıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna səbəb qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının aviareysləri qəbul edə bilməməsidir.

 

AZAL şirkətinin J 2 9225 saylı reysi  saat 22:00-da Bakıdan yerinə yetirilməli idi. Təyyarə Tbilisi beynəlxalq hava limanına yerli vaxtla saat 23:10-da enməli idi. Reysin nə vaxt yerinə yetiriləcəyi hələ ki, məlum deyil.

 

Qatı dumana görə Tbilisi beynəlxalq hava limanında aviareyslərin qəbulu və yola salınmasında problemlər yaranıb. Hava limanı artıq 10-a yaxın aviareysin qəbulunu ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR