Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Batumi şəhərində 16 yaşlı qızın ölümündə İran vətəndaşı təqsirli bilinir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən gecə saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi İran vətəndaşının fotosunu yayımlayıb və Türkiyə tərəfi ilə onun saxlanılması barədə danışıqlar aparıldığı bildirilib.
Məlumata görə, 1985-ci il təvəllüdlü Möhəmməddin Ruintan iyunun 22-də “Sarpi”(Türkiyə) gömrük buraxılış məntəqəsindən Gürcüstan ərazisinə keçib və iyulun 23-də yenə həmin məntəqədən ölkəni tərk edərək, Türkiyə tərəfə keçib.
Qeyd edək ki, 16 yaşlı Gürcüstan vətəndaşı Mariyam Koçiladze iyulun 22-də Batumi bulvarında gecə saatlarında öldürülüb. Faktla bağlı cinayət işi qaldırılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.