Bank Of Baku

Berluskoninin partiyası İtaliya prezidentindən onun əfv olunmasını xahiş edəcək

Berluskoninin partiyası İtaliya prezidentindən onun əfv olunmasını xahiş edəcək
# 02 avqust 2013 23:34 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Ali Kasasiya Məhkəməsi tərəfindən 4 il həbs cəzasına məhkum olunmuş  Silvio Berluskoninin partiyası İtaliya prezidentindən onun əfv olunmasını xahiş etmək niyyətindədir. Bundan başqa, keçmiş baş nazirin tərəfdarları mandatlarını təhvil verərək hökumətin tərkibindən çıxmağa hazır olduqlarını bəyan ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Corriere della Sera qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə,  Berluskoninin partiyasından olan deputat və senatorlar ərizələrini artıq Deputatlar Palatasında və Senatdakı parlament qruplarının rəhbərləri Renato Brunette və Renato Skifaniyə  təqdim ediblər.  Onlar mandatlarından imtina etmiş deputatlarla ölkə prezidenti Corco Napolitano ilə görüşmək niyyətindədirlər.

 

Berluskoni tərəfdarları ilə keçirdiyi görüşdə ölkənin məhkəmə sahəsində islahatlarının həyata keçirməyin zəruriliyini vurğulayıb. Əks təqdirdə onun partiyası yeni seçkilərin keçirilməsini tələb edəcək.  

 

Qeyd edək ki, avqustun 1-də İtaliyanın Ali Kasasiya Məhkəməsi “Mediase işi“ üzrə birinci və ikinci instansiya məhkəmələrinin Silvio Berluskoni barəsində çıxardığı qərarları qismən qüvvədə saxlayıb.

 

APA-nın verdiyi xəbərə görə, məhkəmə keçmiş baş nazirin dövlət postlarından kənarlaşdırılmasına dair qərarı yenidən baxılması üçün aşağı instansiyaya qaytarıb.

 

Qeyd edək ki, Berluskoni məhkəmənin qərarı ilə 4  il həbs cəzasına məhkum edilib, lakin, amnistiya barədə qanuna əsasən, cəza 1 ilə endiriləcək.

 

Qeyd olunan instansiyanın hökmü son və qətidir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR