Bank Of Baku

Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından çıxması ölkəyə 25 mlrd. funt sterlinqə başa gələcək

Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından çıxması ölkəyə 25 mlrd. funt sterlinqə başa gələcək
# 12 oktyabr 2016 03:30 (UTC +04:00)

Bakı-APA.  Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından çıxması ölkə iqtisadiyyatına  25 mlrd. funt sterlinqə başa gələcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya hökumətinin ölkənin Aİ-dən çıxması prosesi üzrə müşaviri Raul Ruparel bildirib.

 

 

Ruparel qeyd edib ki, Böyük Britaniyanın Aİ-nin Gömrük İttifaqından çıxması ölkə ÜDM-nin uzaq perspektivdə 1-1,2 faiz aşağı düşməsinə gətirib çıxaracaq.  

 

“Times” nəşri bundan əvvəl Maliyyə Nazirliyinin sənədlərinə istinadən qeyd edib ki,  London “Sərt Brexit” variantını seçərsə, ölkə hər il 66 mlrd. funt sterlinq itirəcək.

 

 Məlumata görə, lazımi tədbirlər görülməyəcəyi təqdirdə, Böyük Britaniyada ÜDM-in həcmi 5,4%-9,5%  aşağı düşəcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR