Bank Of Baku

Böyük Britaniyanın yeni XİN rəhbəri məlum olub

Böyük Britaniyanın yeni XİN rəhbəri məlum olub
# 13 iyul 2016 21:33 (UTC +04:00)

Bakı-APA. Londonun sabiq meri, Mühafizəkarlar Partiyasının üzvü Boris Conson Böyük Britaniyanın xarici işlər naziri təyin edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, B.Conson Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əsas tərəfdarlarından biri olub.

 

Böyük Britaniyanın sabiq XİN rəhbəri Filip Hammond bundan sonra maliyyə nazirliyinə rəhbərlik edəcək. Daxili işlər naziri vəzifəsinə isə sabiq energetika naziri Amber Radd gətirilib.

 

Qeyd olunur ki, müdafiə naziri Maykl Fellon öz vəzifəsində qalıb.

 

Mühafizəkarlar Partiyasının lideri Tereza Mey bu gün rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib.  Kraliça II Yelizaveta ona rəsmi olaraq yeni hökuməti formalaşdırmağı tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR