Bakı-APA. Norveçin təhsil naziri Kristin Halvorsen məhkumların təhsil almasına dair qanunun dəyişilməsi üçün təsir göstərməyə hazır olduğunu bildirib. Local qəzetinin məlumatına əsasən, nazir bu addımı terrorçu Anders Breyvikin ali təhsil ala bilməməsi üçün atmaq niyyətindədir.
Məlumat verildiyi kimi, Breyvik politologiya ixtisasını öyrənmək üçün Oslo universitetinə sənəd verib. APA-nın məlumatına əsasən, politologiya fakültəsinin bir neçə müəllimi Breyviki öyrətməkdən imtina etsələr də, universitetin rektoru Ole Petter Ottersen terrorçunun ərizəsinə baxılacağını bildirib.
Breyvik 2011-ci il iyulun 22-də 77 nəfəri qətlə yetirib. O 21 il müddətinə azadlıqdan məhrum edilib.