APA-nın xəbərinə görə, bu barədə “BBC” teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, 285 deputat hökumətin irəli sürdüyü təşəbbüsün əleyhinə səs verib, 272 deputat isə baş nazirin təklifini dəstəkləyib.
Baxmayaraq ki, səsvermə tövsiyə xarakteri daşıyıb, Devid Kemeron iclasdan sonra qeyd edib ki, parlamentin Suriyada hər-hansı hərbi əməliyyat keçirmək niyyətində olmadığı artıq tam aydınlaşdı: “Mən də artıq addımlarımı müvafiq şəkildə atacam”, deyə Kemeron əlavə edib.