Bank Of Baku

Brüssel hava limanının fəaliyyəti martın 30-da bərpa oluna bilər

Brüssel hava limanının fəaliyyəti martın 30-da bərpa oluna bilər
# 28 mart 2016 02:32 (UTC +04:00)

Bakı-APA. Terror aktlarından sonra bağlanan Brüssel beynəlxalq hava limanının fəaliyyəti martın 30-dan tez bərpa edilməyəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hava limanının mətbuat xidmətinın açıqlamasında deyilir.

 

 “Martın 29-da binanın və müvəqqəti infrastrukturun  yoxlanılması həyata keçiriləcək. Aeroportun 800-ə yaxın əməkdaşı yenidən qeydiyyata götürüləcək. Hava limanının fəaliyyəti martın 30-dan tez bərpa edilməyəcək”, sənəddə vurğulanır.

 

Xatırladaq ki, martın 22-də Brüsseldə baş verən terror aktları nəticəsində 28 nəfər ölüb, 340 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR