Bank Of Baku

Brüsseldə özünü partladan şəxs Türkiyədən iki dəfə deportasiya olunub

Brüsseldə özünü partladan şəxs Türkiyədən iki dəfə deportasiya olunub
# 24 mart 2016 18:56 (UTC +04:00)

Bakı-APA.  Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən şəxs Türkiyədən iki dəfə deportasiya olunub.  APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə,  Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən İbrahim əl-Bakrauinin adı Türkiyəyə girişinə qadağa qoyulmuş  şəxslərin “qara siyahısı”nda yer alıb. O, terrorçu fəaliyyəti ilə əlaqəli olmaqda şübhəli bilinib.

 

Məlumata görə, əl-Bakraui Suriya sərhədini keçərək İŞİD-ə qoşulmaq məqsədi ilə 2015-ci ilin iyununda Qaziantep əyalətinə gəlib. O, sərhədi qanunsuz keçməyə kömək edəcək şəxslərlə təmas qurmağa cəhd edən zaman polisin nəzarətinə keçib. İyunun 17-də  əl-Bakraui Suriya sərhədini keçməyə cəhd edərkən saxlanılıb. İki gün polis idarəsində saxlanıldıqdan sonra o Niderlanda deportasiya olunub.

 

İbrahim əl-Bakraui ikinci dəfə Türkiyəyə 2015-ci ilin avqustun 11-də gəlib. Adı “qara siyahı”da olduğundan o saxlanılaraq, iki həftə sonra ölkədən təkrar deportasiya olunub. Bu zaman Türkiyə polisləri belçikalı həmkarlarını İbrahim əl-Bakrauinin deportasiya olunması və onun terrorçuluq fəaliyyəti ilə əlaqəli olduğu barədə məlumatlandırıblar.       

 

Qeyd edək ki, Brüsseldə törədilən terror aktları nəticəsində 32 nəfər ölüb, 270 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR