Bank Of Baku

Brüsseldə terror aktları nəticəsində yaralananların sayı 230-a çatıb

Brüsseldə terror aktları nəticəsində yaralananların sayı 230-a çatıb
# 22 mart 2016 18:05 (UTC +04:00)

Bakı-APA.  Brüsseldə törədilən terror aktları nəticəsində yaralananların sayı 230 nəfərə çatıb: onlardan 100-ü hava limanında, azı 130 nəfəri isə metropolitendə törədilən partlayışlar nəticəsində yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika DİN-in Böhran Mərkəzinin məlumatında bildirilir.   

 

“Brüssel aeroportunda törədilən  terror aktı nəticəsində 10 nəfər ölüb, 100-dək şəxs yaralanıb, “Malbek” stansiyasında isə 20 nəfər ölüb, 130 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.  

 

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR