Bank Of Baku

Devid Kemeron: Suriyada keçiriləcək əməliyyat məhdud şəkildə olmalıdır

Devid Kemeron: Suriyada keçiriləcək əməliyyat məhdud şəkildə olmalıdır
# 27 avqust 2013 20:18 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Suriyada hərbi əməliyyat məhdud şəkildə həyata keçirilməlidir. APA-nın xəbərinə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

 

“Bu əməliyyat o demək deyil ki, Böyük Britaniya Yaxın Şərqdə müharibəyə qoşulmalıdır... və yaxud Suriya münaqişəsində daha yaxından iştirak etməlidir. Söhbət kimyəvi silahdan gedir. Onun istifadəsi qanunsuzdur və beynəlxalq ictimaiyyət buna göz yummamalıdır”, deyə Kemeron bəyan edib.  

 

O əlavə edib ki, Suriyaya hərbi müdaxilə ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb. Bundan əvvəl Böyük Britaniyanın baş nazirinin müavini Nik Kleqq qeyd edib ki, London Suriyada əməliyyat planlaşdırsa da, prezident Bəşər Əsədin devrilməsinə can atmır.    

 

Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında  kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR