Bank Of Baku

Frank-Valter Ştaynmayer: “Türkiyə kürd məsələsinin həlli prosesinin dayanmasına imkan verməməlidir”

Frank-Valter Ştaynmayer: “Türkiyə kürd məsələsinin həlli prosesinin dayanmasına imkan verməməlidir”
# 17 avqust 2015 08:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyə bütün körpülərin yıxılmasına və sülh prosesinin dayanmasına imkan verməməlidir”.


APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Almaniyanın “Bild am Sonntag” qəzetinə müsahibəsində Türkiyənin PKK terror təşkilatına qarşı əməliyyatlarına münasibət bildirərkən deyib. 
 

Nazir bildirib ki, Türkiyə başqa ölkələrlə müqayisədə İraq və Suriyadan olan xeyli qaçqına öz ölkəsində sığınacaq verib və Suriyadakı savaşın nəticələri ilə mübarizə aparır. 
 

“Ərdoğan hökuməti kürdlərlə sülh anlaşması üçün çox çalışıb. Türkiyə bütün körpülərin yandırılmasına və sülh prosesinin dayanmasına imkan verməməlidir”, - deyə F. V. Ştaynmayer əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR