Bank Of Baku

Fransa İranla yeni münasibətlərinin yaranacağına ümid edir

Fransa İranla yeni münasibətlərinin yaranacağına ümid edir
# 07 avqust 2013 04:54 (UTC +04:00)

Bakı-APA. Fransanın xarici işlər naziri Loran Fabius iyulun 6-da bildirib ki, İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimindən sonra Fransa ilə İran arasında yeni münasibətlərin yaranacağına ümid edir.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, fransalı nazir bəyanatında bildirib ki,  Fransa İranın yeni prezidenti Ruhaninin andiçmə mərasimini yeni münasibətlərin başlanğıcı kimi görməyi arzu edir.

 

Fransalı diplomat İran səfiri Əli Əhani ilə Parisdə keçirilən görüşü zamanı bildirib ki, İranda keçirilən prezident seçkiləri İran xalqının dəyişikliklərə əzmli olduğunu nümayiş etdirib.

 

Fabius Fransanın İranın yeni hökuməti ilə işləməyə hazır olduğunu vurğulayıb və Tehranı nüvə proqramına dair beynəlxalq narahatlıqlara cavab olaraq konkret tədbirlər görməyə çağırıb.

 

İran prezidenti Ruhani ölkəsinin "vaxt itirmədən" nüvə proqramı ilə bağlı "ciddi danışıqlar" üçün hazır olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR