Bank Of Baku

Fransa müsəlmanları Nitsadakı terror aktını pisləyiblər

Fransa müsəlmanları Nitsadakı terror aktını pisləyiblər
# 15 iyul 2016 05:23 (UTC +04:00)

Bakı-APA. Fransa Müsəlmanları Şurası Nitsada Bastiliya Qalasının Alınması Günü törədilən  terror aktını pisləyib.

 

APA-nın xəbərinə görə, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.  

 

“Fransada dəhşətli terror aktı törədilib. Şura Nitsanın sakinləri ilə tam həmrəy olduğunu bildirərək, qurbanların yaxınlarına dərin hüznlə başsağlığı veririk və yaralılara Allahdan şəfa diləyirik”, - deyə Şuranın bəyanatında bildirilir.  

 

Şura üzvləri terakt qurbanlarının ruhuna dua oxumağa çağırıb.  

 

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

 

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

 

Hücum nəticəsində 80 nəfər ölüb.

 

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR