Fransada “Eleanor” qasırğası nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Fransa Daxili işlər nazirliyinin açıqlamasında bildirilir.
Bundan əvvəl 1 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilirdi.
“Son məlumatlara əsasən, qasırğa nəticəsində 1 nəfər ölüb, 22 nəfər yüngül, 4 nəfər ağır yaralanıb”, məlumatda deyilir.
Hazırda ölkə ərazisində 35 min fərdi evin elektrik enerjisiz qaldığı bildirilir.
***
22:43
Fransada baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yuxarı Savoy departamentində xizəkçinin üzərinə ağac düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.
“Eleanor” adlı qasırğa nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Güclü külək 200 min evi işıqsız qoyub.