Bakı-APA. “Gürcü arzusu” koalisiyasının sifarişi ilə keçirilən sosioloji araşdırmanın nəticələri açıqlanıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, rəyi soruşulanların 35% Gürcüstanın baş naziri Bidzina İvanişvilinin fəaliyyətini bəyəndiyini bildirib.
İvanişvili hökumətinin buraxdığı səhvlərə gəlincə, respondentlərin 12,6% hesab edir ki, hökumət yanlış addımlar atmayıb. 8,9% hökumətin səhvi kimi yalançı vədləri, 8,7% isə əfv qərarını göstərib.
Sorğu avqustun 1-dən 8-dək keçirilib.