Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Qabal kəndinə səfər edib

Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Qabal kəndinə səfər edib
# 22 avqust 2013 13:29 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün “Gürcü Arzusu” koalisiyasının Gürcüstan prezidentliyinə namizədi Georgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Qabal kəndində olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiya da iştirak edib. Görüşdə azərbaycanlıların problemlərini dinləyən prezidentliyə namizəd problemlərlə çoxdan tanış olduğunu və əgər prezident seçilərsə, kənd əhalisini narahat edən problemlərin həllinə çalışacağını bildirib.

O, kənd əhalisini Gürcüstanda gedən islahatlarla tanış edib və onları kooperativ halında birləşməyə, eyni zamanda seçkilərdə fəal olmağa çağırıb. G. Marqvelaşvili çıxışında sentyabr ayında “Kooperativlər haqqında” qanunun qüvvəyə minəcəyini bildirib. “Kəndlilər bir-birinə inanmalı və kooperativlər yaratmalıdır. Siz elə etməlisiniz ki, Gürcüstan vahid olsun və kəndin güclənməsi üçün bütün hamı biləşməlidir,” Marqvelaşvili bildirib.

Sonra görüş Laqodexi rayon mərkəzində davam edib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR