APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgidə MGM-nin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin terrorizm və sülhə aid 20 rəsm əsəri nümayiş olunub. ABŞ-ın Gürcüstandakı səfir vəzifəsini icra edən Nikolas Berliner azərbaycanlı gəncləri qarşılayıb və 11 sentyabr faciəsinin tarixi və problemləri haqqında fikirlərini bildirərək 14 il yaddaşlarda yaşayan faciəni qətiyyətlə pisləyib. Sonra Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov çıxış edərək dünyada baş verən terrorizmin dünya ölkələrinin inkişafına zərər verdiyini və xalqların yaşayış tərzinə problemlər yaratdığını bildirib. O, terrorizmə tez-tez dini don geyindirildiyini də vurğulayıb. Sərginin açılışında ingilis dilində çıxış edən azərbaycanlı gənclər terrorçuluğun dünya üçün həmişə təhlükə yaratdığını və bu təhlükəyə qarşı birgə mübarizə etməyin vacib olduğunu bildiriblər.
ABŞ səfiri sərgidə nümayiş olunan əsərlərə görə azərbaycanlı gənclərə təşəkkürünü bildirib. Tədbirin sonunda 11 sentyabr faciəsindən bəhs edən film göstərilib və faciə ilə bağlı diskussiya aparılıb.