Bakı-APA. İsveçrənin mərkəzi hissəsində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tipi açıqlanmayan təyyarənin göyərtəsində üç nəfər olub, onlardan biri ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Təyyarə Zarnen aeroportundan havaya qalxdıqdan az sonra Obvalden kantonunda qəzaya uğrayıb.
Qəzanın səbəbləri araşdırılır. Məlumata görə, aeroport yerləşən ərazidə fırtına qeydə alınıb.