Bank Of Baku

İtaliyada pirotexnika istehsalı fabrikində silsilə partlayışlar baş verib, ölənlər var

İtaliyada pirotexnika istehsalı fabrikində silsilə partlayışlar baş verib, ölənlər var
# 24 iyul 2015 19:18 (UTC +04:00)

Bakı-APA. İtaliyanın Modunyo şəhəri yaxınlığında yerləşən “Brusella” pirotexnika istehsalı fabrikində silsilə partlayışlar baş verib.   

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.  

 

Partlayış nəticəsində güclü yanğın olub, az sonra daha bir neçə partlayış baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və xilasedicilər cəlb olunub.

 

“Assoşieyted Press” hadisə nəticəsində 7 nəfərin öldüyünü bildirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR