Bank Of Baku

Jan-Klod Yunker: “Aİ nəzdində Təhlükəsizlik İttifaqının yaradılmasına ehtiyac var”

Jan-Klod Yunker: “Aİ nəzdində Təhlükəsizlik İttifaqının yaradılmasına ehtiyac var”
# 23 mart 2016 17:28 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı nəzdində Təhlükəsizlik İttifaqının yaradılmasına ehtiyac var.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

 

“Avropa İttifaqının nəzdində enerji, maliyyə bazarı üzrə və düşünürəm ki, təhlükəsizlik ittifaqının yaradılmasına ehtiyac var”, deyə J-K.Yunker bildirib.

 

Qeyd edək ki, martın 22-də Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında  və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR