Bank Of Baku

Kişinyovda etiraz aksiyası davam edir

Kişinyovda etiraz aksiyası davam edir
# 07 sentyabr 2015 23:19 (UTC +04:00)

Bakı-APA. Moldovanın paytaxtı Kişinyovda 3 minədək insan etiraz aksiyası keçirir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, paytaxta əyalətdən gələn etirazçıların sayı artıb.

 

Sentyabrın 7-də səhər saatlarında Kişinyovun mərkəzində 60 çadır quraşdırılmışdı. Hazırda çadırların sayı 150-yə çatıb.

 

Etirazçılar prezident və baş prokurorun istefasını,  həmçinin, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

 

Qeyd edək ki, sentyabrın 6-da Kişinyovda etirazçılar və polis arasında baş vermiş toqquşmalar  nəticəsində 6 asayiş keşikçisi xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR