Bank Of Baku

KİV: Brüssel polisi terror aktları ilə əlaqəli olan iki şəxsi saxlayıb

KİV: Brüssel polisi terror aktları ilə əlaqəli olan iki şəxsi saxlayıb
# 25 mart 2016 10:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Brüssel polisi "Zaventem" hava limanı və "Maelbek" metrostansiyasında baş verən terror aktları zamanı müşahidə kameralarına düşən  2 şəxsi saxlayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə RTL telekanalı məlumat yayıb. “Polisin apardığı əməliyyat nəticəsində bu axşam 6 nəfər saxlanılıb,  onlardan ikisi terror aktları zamanı müşahidə kameralarına düşüb”,  - deyə telekanalın məlumatında bildirilir.

 

Prokurorluq xəbəri təsdiqləyib: “Federal prokurorluq tərəfindən aparılan araşdırma çərçivəsində Brüsselin üç kommunasında - Brüssel kapital (şəhər mərkəzi),  Jet (şimal-qərb) və Skarbekdə (şimal-şərq) axtarış elan edilib.  6 nəfər saxlanılıb, onların həbs edilməsi barədə qərar bu gün qəbul ediləcək”.

 

Hüquq-mühafizə orqanlardakı mənbədən isə bildilirib ki, Brüssel və Parisdə baş vermiş terror aktları ilə bağlı Naim əl Hamed adlı şəxs də beynəlxalq axtarışa verilib. Onun fotosu artıq KİV-ə ötürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR