Bank Of Baku

Marneulidə azərbaycanlıların sosial problemləri həll olunur - FOTOSESSİYA

Marneulidə azərbaycanlıların sosial problemləri həll olunur - <span style="color: red;">FOTOSESSİYA
# 24 mart 2016 21:53 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Martın 24-də Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, həmçinin icra hakimiyyəti başçısının müavini Temur Beridze azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndində əhali ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Alget, Əzizkənd, Sabirkənd və Təzəkənd kənd sakinləri iştirak ediblər. Rayon başçısı əhali ilə görüşdə Tiflis-Qırmızı Körpü magistral yola birləşən kənd yoluna asfalt çəkilməsi məsələsinin artıq həll olunduğunu bildirib. O,  6 kilometr yola asfalt örtük çəkilişinin yaxın günlərdə başlanılacağını və qalan 7 kilometr yol isə gələn il asfaltlaşdırılacağını bildirib.

 

M. Topçişvili kənd sakinlərini narahat edən içməli su və suvarma su probleminə də münasibət bildirib: "İçməli su məsələsi problemi tezliklə həll olunacaq. Biz "Rustavi-Su" özəl şirkəti ilə bu barədə danışıqlar aparırıq. Məqsədimiz su kanalını bizim balansa keçirmək, sonra daha yüksək təzyiqli içməli su çəkmək üçün köhnə boruları daha çox su tutumlu borularla əvəz etməkdir. Bundan sonra Əzizkənd, Təzəkənd, Alget, Sabirkənd və digər kəndlər içməli su  ilə təchiz olunacaq."

 

İcra başçısı kənd təsərrüfatı sahələrinə verilən suvarma su probleminin də həll olunduğunu bildirib. O, rayon ərazisində indiyədək 500 kilometr uzunluğunda su arxlarının təmizləndiyini vurğulayıb: "İstər içməli, istərsə də suvarma su problemi tezliklə həll olunacaq", - deyə  rayon icra başçısı görüşdə sakinlərə söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR