Bank Of Baku

Monteneqro polisi 50-dən çox Rusiya vətəndaşını saxlayıb

Monteneqro polisi 50-dən çox Rusiya vətəndaşını saxlayıb
# 26 mart 2016 19:21 (UTC +04:00)

Bakı-APA.  Monteneqro polisi mütəşəkkil cinayətkarlığa qarşı reyd zamanı 55  Rusiya vətəndaşını saxlayıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  reyd Danilovqrad şəhərinin “Peryanik” otelində və Podqoritsa şəhərinin “Ramadi” otelində keçirilib. Məlumata görə, saxlanılan rusiyalılar Monteneqroda qeydiyyatsız olublar.  

 

Qeyri-rəsmi məlumata görə, Təhlükəsizlik Xidmətinin əməkdaşlarının da cəlb olunduğu əməliyyatın keçirilməsinə səbəb digər ölkələrdə  zorakılıq əməllərində əlaqəsi olan şəxslərin ölkə ərazisinə daxil olması barədə operativ məlumat olub.    

 

Reyd zamanı həmçinin  bir neçə Yaponiya saxlanılıb. Saxlanılanlardan mobil telefonlar, noutbuklar, planşetlər, sim-kartlar və s. elektron daşıyıcılar götürülüb. İnsidentin təfərrüatları araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR