Bakı-APA. Monteneqroda saxlanılan beynəlxalq mütəşəkkil cinayətkarlıqda əlaqəsi olmaqda şübhəli bilinən 50-dən çox Rusiya vətəndaşı yaxın zamanda ölkədən çıxarılacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN saytında dərc olunmuş məlumatda bildirilir.
“Həmin xarici vətəndaşların Monteneqro ərazisində müəyyən olunmuş qaydada qeydiyyata alınmadığı üçün onlar yaxın zamanda ölkədən çıxarılmalıdır”, - deyə məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, saxlanılan şəxslərdən izahatlar götürüldükdən sonra onlar sərbəst buraxılıblar.