Bank Of Baku

NATO-nun baş katibi: “Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik”

NATO-nun baş katibi: “Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik”
# 28 iyul 2015 12:06 (UTC +04:00)

APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriyada və İraqda müvafiq olaraq İŞİD və PKK terrorçularına qarşı apardığı əməliyyatlarla bağlı çağırılan iclasda çıxış edən NATO-nun baş katibi Cens Stoltenberq terrora qarşı mübarizədə Türkiyə ilə həmrəy olduqlarını bildirib.

 

C. Stoltenberq bildirib ki, prosesləri yaxından izləyirlər. O, Türkiyədə törədilən terror aktlarını pisləyib: “NATO hadisələri çox yaxından izləyir. Müttəfiqimiz Türkiyə ilə terrora qarşı mübarizədə həmfikirik”.

 

Qeyd edək ki, fövqəladə iclas Türkiyənin müttəfiqlərini məlumatlandırmaq üçün çağırılıb. İndiyə olan məlumata görə Türkiyə NATO-dan hər hansı bir hərbi yardım tələb etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR