Bakı. Türbət Bağırova - APA. Oslo universiteti üzərində uçuşa qadağan zona ləğv edilib.
APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Oslo polisi məlumat yayıb.
Qeyd edək ki, dünən universitet şəhərçiyi ərazisində təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb. Bundan başqa, şəhərçikdə bomba formasında hazırlanmış şübhəli bağlama aşkarlanıb.
Hadisədən dərhal sonra ərazidə bəzi binalara giriş bağlanıb, Oslo universiteti ətrafında uçuşa qadağan zona yaradılıb. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, vəziyyət nəzarətə götürülüb.
Norveç Ağır Cinayətlər Agentliyi isə iki şübhə şəxsin axtarışı istiqamətində əməliyyatı davam etdirir.