Bank Of Baku

Parisdə “normand dördlüyü” liderlərinin görüşü keçiriləcək

Parisdə “normand dördlüyü” liderlərinin görüşü keçiriləcək
# 09 sentyabr 2015 22:54 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna üzrə “normand dördlüyü”nün liderləri oktyabrın 2-də Parisdə görüşməyə qərar veriblər.

 

Tərəflər  "normand formatında”  danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Sentyabrın 12-də Berlində xarici işlər nazirləri, oktyabrın 2-də isə Parisdə Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR