APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı azı 2 nəfər ölüb. Daha əvvəl 1 nəfərin yaralanması haqda xəbər yayılmışdı.
***
saat 17.04
Bakı – APA. Parisin şərq hissəsində “Kalaşnikov” avtomatı ilə silahlanmış naməlum şəxslə polis arasında atışma baş verib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, həmin şəxs bir nəfəri girov götürüb. Polis onun yanvarın 8-də Monruj şəhərində bir qadın polisin ölümü ilə nəticələnmiş silahlı insident törədən şəxs olduğunu istisna etmir.
“Reuters” hadisə zamanı 1 nəfərin yaralandığı haqda xəbər yayıb.