Bank Of Baku

PKK Türkiyədə növbəti terror aktları törədib, 3 təhlükəsizlik əməkdaşı şəhid olub, 28-i yaralanıb - YENİLƏNİB

PKK Türkiyədə növbəti terror aktları törədib, 3 təhlükəsizlik əməkdaşı şəhid olub, 28-i yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 02 avqust 2015 09:11 (UTC +04:00)

Bakı – APA. PKK terror təşkilatı Türkiyədə daha bir terror aktı həyata keçirib.

 

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib.

 

Nəticədə 2 təhlükəsizlik əməkdaşı şəhid olub, 24-ü yaralanıb.

 

Valiliyin açıqlamasında bildirilir ki, PKK-nın xain hücumu yerli vaxtla saat 3.00-da baş verib.

 

Yaralılar Doğubəyazit Dövlət Xəstəxanasına yerləşdirilib.

 

Avqustun 2-nə keçən gecə Mardində isə 1 əsgər şəhid olub, 4-ü yaralanıb.

 

Bir qrup PKK terrorçusu tərəfindən Gəlinkaya bölgəsindən keçən neft borusuna hücum olub. Əraziyə göndərilən təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı mina partlayışı baş verib. Nəticədə bir əsgər şəhid olub.

 

Ərazidəki PPK-çıların ələ keçirilməsi üçün keçirilən əməliyyat zamanı isə terrorçularla atışmada 4 əsgər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR