Bank Of Baku

Radovan Karadjiç apelyasiya şikayəti vermək niyyətindədir

Radovan Karadjiç apelyasiya şikayəti vermək niyyətindədir
# 24 mart 2016 23:12 (UTC +04:00)

Bakı-APA. BMT tribunalının hökmü ilə 40 il həbs cəzasına məhkum edilən Bosniya serblərinin sabiq lideri Radovan Karadjiç məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətindədir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmədən sonra Karadjiçin vəkili bildirib.  

 

Qeyd edək ki, BMT-nin Haaqada keçirilən  tribunalı Radovan Karadjiçi ittihamın 11 bəndindən 10-u üzrə təqsirli hesab edib.

 

Tribunal həmçinin Srebrenitsa soyqırımını törətməkdə, Sarayevonu mühasirəyə almaqda və bir sıra yaşayış məntəqələrində insanlığa qarşı cinayətlərdə məsuliyyətin Karadjiçin üzərində olduğunu qərara alıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR