Bakı-APA. Rusiya və Türkiyə xarici işlər nazirləri Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə ilə bağlı xarici siyasət idarələri arasında məsləhətləşmələrin davam etdirilməsi haqda razılıq əld edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Xarici İşlər Nazirlyinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunub ki, Sergey Lavrov və Əhməd Davudoğlu arasındakı telefon söhbəti zamanı tərəflər avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahın tətbiqi ilə bağlı yayılmış məlumatlardan narahatlığı ifadə edib. Nazirlər həmçinin BMT ekspertlərinin obyektiv araşdırma aparması üçün lazımi şəraitin yaradılmasının vacibliyi vurğulayıb.